اَليمي گوللره چكديم سني احساس ائلديم
قولاق آسديم يئله آوازيني احساس ائلديم
آنا جان دردين آليم جان سنه قوربان جانيم
آنا جان آغرين آليم جانينه قوربان جانيم
گؤزومون نورو حياتيم شمعي جانيم داياغيم
گؤرورهم سنسيز ائوي هئچ يئره گئتمير آياغيم
هم آنايدين هم آتا همده باجي هم قارداش
هم معلم همي عاليم همي جانان يولداش
سن بيليردين دؤزوموم يوخدور منيم قاچدين آنا
اؤلومو گؤردون او مئهرينله قوجاق آچدين آنا
يانديم ائي واقتي ائشيديم كي گئديرسن سفره
ندن آخار چاليشيردين تلسيردين سفره
سن سئويندين گئدهسهن بس نيه من يانديم آنا
سن گئدندن سورا گؤردوم گئنه تك قالديم آنا
چوخ اوشاق گؤرموشدوم كي آناسي گئتميشيدير
آغلاييردي اودا من تك ائله بيل ايتكينيدير
قيساجا سؤزلريني قلبيمه هكك ائيلميشسهن
كيم دانيشديقجا دوشورسهن يادا گؤر ن ائيلميشسهن
نيه گئتدين مني قويدون گؤزوم آغلار قالسين
بالام آغلار باجيم و قارداشيم آغلار قالسين
كاش اولايدي قاراگون سنده قاليردين مندن
كاش گؤريديم سني هردهم دانيشايدين مندن
آنا دئييلر كي آياق آلتدا بئهيشتين واردير
توت اَليمدن آنا بيليرم منه عشقين واردير
əlimi güllərə çəkdim səni ehsas elədim
qulaq asdım yelə avazını ehsas elədim
ana can dərdin alım can sənə qurban canım
ana can ağrın alım caninə qurban canım
gözümün nuru həyatım şamı canım dayağım
görürəm sənsiz evi heç yerə getmir ayağım
həm anaydın həm ata həmdə bacı həm qardaş
həm müəllim həmi alim həmi canan yoldaş
sən bilirdin dözümüm yoxdur mənim qaçdın ana
ölümü gördün o mehrinlə qucaq açdın ana
yandım ey vaxtı eşidim ki gedirsən səfərə
nədən axar çalışırdın tələsirdin səfərə
sən sevindin gedəsən bəs niyə mən yandım ana
sən gedəndən sora gördüm genə tək qaldım ana
çox uşaq görmüşdüm ki anası getmişidir
ağlayırdı oda mən tək elə bil itkinidir
qısaca sözlərini qəlbimə həkk eyləmişsən
kim danışdıqca düşürsən yada gör n eyləmişsən
niyə getdin məni qoydun gözüm ağlar qalsın
balam ağlar bacım o qardaşım ağlar qalsın
kaş olaydı qaragün səndə qalırdın məndən
kaş görəydim səni hərdəm danışaydın məndən
ana deyilər ki ayaq altda behiştin vardır
tüt əlimdən ana bilirəm mənə eşqin vardır